Göyçayda zəncirvari avtoqəza baş verib-TƏBİB-dən açıqlama
Göyçay rayonu ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son səhhəti ilə bağlı rəsmi məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, TƏBİB tərəfindən yayılan məlumata görə, qəza səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) saat 11:00 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qurumdan bildirilib ki, xəsarət alan pasiyentlərə bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının əzilməsi, eləcə də əzilmiş və cırılmış yaralar diaqnozu qoyulub. Həkimlər tərəfindən dərhal zəruri tibbi yardım göstərilib. Səhhətləri qənaətbəxş qiymətləndirilən hər 6 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb.
No Comment! Be the first one.