Sinop sahilində TƏHLÜKƏLİ Tapıntı: Dənizdən Rusiya raketinin qalığı çıxarıldı
Qara dənizin Türkiyə sahillərində həyəcanlı anlar yaşanıb. Sinop vilayətində sahilə raketə bənzəyən naməlum metal obyekt vurub.
hadiseler.info xəbər verir ki, ərazidə olan bir vətəndaş paslanmış silindrik obyekt taparaq onu sahilə çıxarıb. Hadisə anının görüntüləri sosial şəbəkələrdə və yerli mətbuatda sürətlə yayılaraq böyük rezonans doğurub.
İlkin iddialara və mütəxəssis qiymətləndirmələrinə görə, dalğaların sahilə gətirdiyi metal parçasının Rusiya istehsalı olan “Pantsir-S1” zenit-raket kompleksinə (ZRK) aid döyüş raketinin qalığı olduğu ehtimal edilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.