Göygöldə 23 yaşlı gənc bıçaqlanıb
hadiseler.info xəbər verir ki, Göygöl rayonunda yaralanma ilə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə rayonun Üç Təpə kəndində baş verib. 2003-cü il təvəllüdlü Maşallah Bayramov kəsilmiş-deşilmiş bıçaq yarası ilə dərhal xəstəxanaya çatdırılıb və tibbi nəzarətə götürülüb.
Cinayət hadisəsinin kim tərəfindən və hansı şəraitdə törədildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb.
No Comment! Be the first one.