Gürcüstan Azərbaycan vətəndaşı da daxil olmaqla 61 əcnəbini deportasiya etdi- VİDEO
Gürcüstan ölkə ərazisində qanunsuz məskunlaşan xarici vətəndaşların ölkədən çıxarılması tədbirlərini davam etdirir.
hadiseler.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, son əməliyyatlar çərçivəsində Azərbaycan, Hindistan, Misir, Türkiyə, Kuba, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşları da daxil olmaqla ümumilikdə 61 əcnəbi ölkədən deportasiya edilib. Deportasiya olunmuş şəxslərin Gürcüstana yenidən girişi mövcud qanunvericiliyə uyğun olaraq rəsmən qadağan olunub.
Nazirlikdən bildirilib ki, cari ilin başlanğıcından etibarən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 minə yaxın xarici vətəndaş Gürcüstan ərazisindən çıxarılıb. Bu göstərici ötən ilin ümumi nəticəsi ilə müqayisədə nəzərəçarpan dərəcədə yüksəkdir.
No Comment! Be the first one.