Gəncədə evdən meyit tapıldı
Gəncə şəhərində ölüm hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.
Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun yaşadığı mənzildə meyiti aşkarlanıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.