Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycan Rusiya hücumlarından sonra ciddi zərər görmüş elektrik sistemini bərpa etmək və istilik mövsümünə hazırlaşmaq üçün Ukraynaya növbəti enerji avadanlığı paketini yola salıb.
hadiseler.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında bildirib.
Səfir Azərbaycanın göstərdiyi bu dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb:
“Ölkəmizə göstərilən bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına minnətdarıq. Bunu heç vaxt unutmayacağıq və Azərbaycanın bu qardaşlıq dəstəyini həmişə xatırlayacağıq”.
No Comment! Be the first one.