Gəncədə fərdi yaşayış evində yanğın baş verib.
Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Məlumata görə, həmin ərazidə yerləşən və bir-birinə bitişik olan fərdi evlərdən birində qəfil alovlanma olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov tam söndürülüb və yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.



No Comment! Be the first one.