Hacıqabulda ağır yol qəzası baş verib- 4 yaralı: VİDEO
Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, idarəetmədən çıxan minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralananlar arasında iki azyaşlı da var.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər dərhal Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.