Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən tapdağından azad olunmasından 6 il keçir.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan təmizləyərək Vətən müharibəsində mühüm hərbi uğurlardan birinə imza atıb. Hadrutun azad edilməsi ilə Azərbaycanın yenilməz ordusu Şuşaya doğru strateji istiqamət alıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını ucaldıb. Hazırda azad Hadrutda “Dəmir yumruq” abidəsi ucalır. Doğma yurda qayıdan Hadrut sakinləri öz abad və azad torpaqlarında qürurla yaşamağa davam edirlər.
No Comment! Be the first one.