Hakan Fidan Qara dənizdə mülki gəmilərə hücumlardan danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Qara dənizdəki son vəziyyətlə bağlı mühüm bəyanat verib.
hadiseler.info xəbər verir ki, XİN rəhbəri son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumların regionda can, mal, gəmiçilik və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurduğunu vurğulayıb.
Hakan Fidan bu hücumlarda Türkiyə və Azərbaycan vətəndaşı olan dənizçilərin də hayatlarını itirdiyini təəssüflə qeyd edərək: “Həlak olan dənizçilərimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və səbir diləyirəm. Müharibənin Qara dənizdə də yayılması və vətəndaşlarımızın həyatını, şirkətlərimizin fəaliyyətini təhlükəyə atması qəbuledilməz haldır”, — deyə bildirib.
No Comment! Be the first one.