Hakan Fidan: “Qonşumuz İranda baş verənlər bizi də çox yaxından maraqlandırır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında regiondakı son vəziyyəti dəyərləndirib.
hadiseler.info xəbər verir ki, XİN rəhbəri İrandakı hadisələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Hakan Fidan bildirib ki, İranın təhlükəsizliyi, sabitliyi və rifahı regiona birbaşa təsir göstərir və bu səbəbdən mövcud münaqışənin diplomatik yollarla tezliklə həll olunması vacibdir.
Türkiyəli nazir son zamanlar artan qarşılıqlı hücumların sülh səylərinə zərbə vurduğunu vurgulayaraq, bu əməllərə dərhal son qoyulmasının vacibliyini ifadə edib. O, həmçinin Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz keçidinin təmin edilməli və müharibədən əvvəlki status-kvoya qayıdılmalı olduğunu bildirib. Nazir böhranın həlli və sülhün təmin olunması istiqamətində aidiyyəti tərəflərlə təmasların fasiləsiz davam etdirildiyini əlavə edib.
No Comment! Be the first one.