Hövsanda ağır qəza: “Mercedes”lə “BYD” toqquşdu — Ölənlər və yaralılar var-VİDEO
Paytaxtın Suraxanı rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində “Mercedes” və “BYD” markalı avtomobillər toqquşub.
Şiddətli zərbə nəticəsində 1998-ci il təvəllüdlü Əlican Cəfərli aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəza zamanı daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırmalar aparılır.
No Comment! Be the first one.