Husilərdən Ər-Riyad aeroportu ilə bağlı ciddi XƏBƏRDARLIQ
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtındakı strateji obyektlə bağlı təhlükə bəyanatı yayıb.
hadiseler.info xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Sarea ölkənin paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf elan edərək, bütün aviaşirkətlərə bu aeroportdan istifadə etməyin təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Y.Sarea özünün “Telegram” kanalındakı paylaşımında bildirib:
“Silahlı qüvvələr bütün aviaşirkətlərə, onların əməkdaşlarına və sərnişinlərə xəbərdarlıq edir ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanından istifadə etməsinlər. Həmin obyekt qoşunlarımızın hərbi hədəfi olduğuna görə təhlükəsiz deyil.”
Husi nümayəndəsi aeroportun növbəti hücumların hədəfi olacağını və heç vaxt “təhlükəsiz yer” sayılmayacağını vurğulayıb. O, hava limanının istismarının davam etdirilməsinə görə bütün məsuliyyətin Səudiyyə Ərəbistanının üzərinə düşdüyünü bəyan edib.
No Comment! Be the first one.