Husilərin hücumlarına görə amerikalı diplomatlara yeni məhdudiyyətlər qoyuldu
ABŞ Dövlət Departamenti Yəmənin “Ənsar Allah” hərəkatının Səudiyyə Ərəbistanına təşkil etdiyi raket və PUA zərbələri fonunda bu ölkədə çalışan amerikalı diplomatlar üçün təhlükəsizlik rejimini sərtləşdirib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ-nin Ər-Riyaddakı səfirliyi rəsmi məlumat yayıb.
Yeni qaydalara əsasən, amerikalı dövlət qulluqçularının Dammam və Ciddə şəhərlərinin hava limanlarından istifadə etməsi üçün xüsusi icazə tələb olunacaq. Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına hava nəqliyyatından çəkinməyi, hərəkət üçün avtomobil və ya qatar xidmətlərinə üstünlük verməyi tövsiyə edib. Analoji məhdudiyyətlər daha əvvəl Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanı üçün də tətbiq edilmişdi.
Qeyd edək ki, son bir həftə ərzində husilərin Səudiyyə Ərəbistanındakı beş hava limanına endirdiyi zərbələr nəticəsində 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
No Comment! Be the first one.