İki ay əvvəl Həkəri çayında boğulan kişinin MEYİTİ TAPILDI
Həkəri çayında batan 64 yaşlı kişinin cəsədi iki aydan sonra tapılaraq sudan çıxarılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatda bildirilir ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
No Comment! Be the first one.