Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 16 tüfəng götürüldü
Respublika ərazisində polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) verdiyi məlumata əsasən, sentyabrın 18-də polis əməkdaşları paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında keçirdikləri tədbirlər zamanı:
16 tüfəng,
6 patron darağı,
180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər aramsız olaraq devam etdirilir.
No Comment! Be the first one.