Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
hadiseler.info xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov bu fəxri diplomla təltif olunub.
Qeyd edək ki, tanınmış veterana futbolçu İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.
No Comment! Be the first one.