İlham Əliyev: “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub”
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirin son illər ərzində effektiv və inklüziv platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
hadiseler.infoxəbər verir ki, dövlət başçısı forumda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlərin, xüsusilə də mədəniyyətlərarası və dinlərarası münasibətlərin müzakirə olunduğunu diqqətə çatdırıb:
“Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”.
Prezident vurğulayıb ki, multikulturalizm, dini və etnik tolerantlıq ənənələri xalqımızın əsrlər boyu daşıdığı qiymətli irsdir. Ölkəmizin uğurlu və sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə hökm sürən ahəngdarlıqdır. Öлкədəki bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyaya əsasən bərabər hüquqlara malik olmaqla yanaşı, əsl ailə mühitində yaşayırlar.
No Comment! Be the first one.