İlham Əliyev: “Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik”
Azərbaycan Respublikası regionda müxtəlif resursların ixracatçısı kimi strateji mövqeyini daha da gücləndirməyi hədəfləyir.
hadiseler.info xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ölkəmizin geniş ixrac imkanlarına diqqət çəkən dövlətimizin başçısı bildirib:
“Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını — neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələri ixrac edirik. Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik. İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.
No Comment! Be the first one.