İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi qəbul edib.
hadiseler.info xəbər verir ki, qonaq səmimi qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, ölkəmizdə turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb. Paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, həmçinin Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün müstəsna əhəmiyyət kəsb etdiyi və ölkəmizin xarici turistlər üçün son dərəcə cəlbedici məkan olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı, eyni zamanda, qurumla gələcək tərəfdaşlıq və qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri müzakirə olunub.







No Comment! Be the first one.