İlham Əliyev Hindistanın XİN rəhbərini qəbul etdi- FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
hadiseler.info xəbər verir ki, qonaq ilk növbədə Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb.
S.Cayşankar Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə məhz Baş nazir Narendra Modinin xüsusi tapşırığına əsasən səfər etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlət başçısı Narendra Modi ilə Bişkekdəki görüşünü məmnunluqla xatırlayaraq, xarici işlər nazirinin bu səfərini ikitərəfli münasibətlərin inkişaf perspektivləri baxımından yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycan və Hindistanın Qlobal Cənubun tərkib hissəsi olaraq beynəlxalq gündəlikdə duran bir sıra mühüm məsələlərdə oxşar mövqedən çıxış etdikləri vurğulanıb. Tərəflər aşağıdakı istiqamətlərdə əlaqələrin genişləndirilməsini müzakirə ediblər:
Siyasi təmasların intensivləşdirilməsi və qarşılıqlı səfərlər;
İqtisadi-ticari əlaqələr və biznes heyətlərinin görüşləri;
Yüksək texnologiyalar, mədəni və humanitar sahələrdə əməkdaşlıq;
Beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət.


No Comment! Be the first one.