İlham Əliyev: “Kamboca ilə siyasi münasibətlərimiz güclüdür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə keçirilən görüşdən sonra mətbuata bəyanatında iki ölkə arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinə toxunub.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında formalaşan siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bəyanatında qeyd edib: “Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik”. Dövlətimizin başçısı əlavə edib ki, siyasi əlaqələrlə yanaşı, ticarət və investisiyalar istiqamətində də birgə fəaliyyəti və potensial imkanları geniş müzakirə etmək zəruridir.
No Comment! Be the first one.