İlham Əliyev: “Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində mina təhlükəsi ilə mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğulayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı müraciətində bildirib: “Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir”.
No Comment! Be the first one.