İlham Əliyev: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev son 35 ildə qazanılan bütün nailiyyətlərin xalqımız tərəfindən əldə olunduğunu və heç bir beynəlxalq yardım almadıqlarını bildirib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı ölkəmizin dağıntılardan, işğaldan və yoxsulluqdan inkişafa və böyük uğurlara doğru yol keçdiyini vurğulayıb:
“Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız, görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb”.
Azərbaycanın qeyri-sabit regionda sabitlik adası kimi göründüyünü qeyd edən Prezident müstəqil siyasətin ölkəmizə böyük hörmət qazandırdığını diqqətə çatdırıb:
“Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb. Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk”.
Dövlət başçısı həmçinin Azərbaycanın beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanındığını, bağlantılar baxımından xəritəyə baxdıqda ölkəmizdən yan keçməyin çətin olduğunu bildirib.
No Comment! Be the first one.