İlham Əliyev Pezeşkianı ad günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefon zəngi edərək onu ad günü münasibətilə təbrik edib.
hadiseler.info xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilən son görüşü və orada müzakirə olunan vacib məsələləri məmnunluqla xatırlayıblar.
Söhbət əsnasında Azərbaycan hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu diqqətə çatdırılıb və ikitərəfli münasibətlərin gündəliyində duran əsas məsələlərin atılan praktiki addımlarla geniş müzakirə edildiyi vurğulanıb.
No Comment! Be the first one.