İlham Əliyev: “Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”.
hadiseler.info xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
Azərbaycan lideri iki ölkə arasındakı əlaqələrin sarsılmaz olduğunu vurğulayıb:
“Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq”.
No Comment! Be the first one.