İlham Əliyev: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda mövcud olan sülh gündəliyi ilə bağlı mühüm mesajlar verib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın müharibədən sonra nümayiş etdirdiyi humanizm və sülhpərvər mövqeni xüsusi vurğulayıb:
“Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik”.
Prezident İlham Əliyev regionda bərqərar olan sülhün qorunmasının vacibliyinə toxunaraq əlavə edib:
“Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
No Comment! Be the first one.