İlham Əliyevdən “AzerGold”la bağlı SƏRƏNCAM
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində kadr dəyişikliyi baş verib.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən:
Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsinin müdiri Mehman İsmayılov Müşahidə Şurasının tərkibindən çıxarılıb.
Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyev Müşahidə Şurasının yeni üzvü təyin olunub.
No Comment! Be the first one.