İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı gözlənilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatındakı geniştərkibli görüşdə çıxışı gözlənilir.
hadiseler.info “Report.az”a istinadən xəbər verir ki, dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və onun çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.
“ŞƏT plyus” sammitində tərəfdaş ölkələrin liderlərinin regional təhlükəsizlik, nəqliyyat-logistika əlaqələrinin və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparacağı gözlənilir.
No Comment! Be the first one.