İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllim sertifikatlaşdırılacaq
İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil olunacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
Eşqi Bağırov vurğulayıb ki, məktəbəqədər təhsildə keyfiyyəti müəyyən edən əsas amillərdən biri pedaqoji heyətin peşəkarlığıdır. Bu çərçivədə görülən tədbirlər və növbəti addımlar aşağıdakılardır:
Yeni işəqəbul mexanizmi: Mərkəzləşdirilmiş və rəqabətli seçim sistemi vasitəsilə 1 300-ə yaxın yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub.
Diaqnostik qiymətləndirmə: 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib.
Sertifikatlaşdırma mərhələsi: İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllim sertifikasiya prosesindən keçəcək.
MÜTDA rəhbərinin sözlərinə görə, məktəbəqədər təhsildə əsas hədəf həm daha çox uşağın təhsilə əlçatanlığını təmin etmək, həm də onların qarşısına daha hazırlıqlı pedaqoqlar çıxarmaqdır.
No Comment! Be the first one.