İran generalından ABŞ-a kəskin xəbərdarlıq: “Qətiyyətlə cavab verəcəyik”
İran Ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi Birləşmiş Ştatların ehtimal edilən hərbi müdaxiləsinə qarşı kəskin bəyanatla çıxış edib.
Generali bildirib ki, Amerika Birləşmiş Ştatları İrana qarşı hər hansı hərbi addım atacağı təqdirdə Tehran tərəfindən adekvat və çəkindirici cavab tədbirləri görüləcək.
“Ölkəmizin ərazisinə xarici hərbçinin qədəm qoymasına imkan vermərik. Düşmənin istənilən həmləsinə qarşı kəsərli və qətiyyətli cavabımız hazırılıq vəziyyətindədir”, – deyə komandan vurğulayıb.
Cənub-şərq ərazilərində və Məkran sahilboyu zonasında yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayan Cahanşahi, ordunun hər növ təhlükəni dəf etməyə tam qadir olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, xüsusi təyinatlıların və çevik reaksiya qüvvələrinin sərhəd boyu ayıq-sayıq xidməti regionda sabitliyin əsas zəmanətidir. General həmçinin ordunun yüksək hazırlığının və xalqın dəstəyinin qarşı tərəfin planlarını alt-üst etdiyini əlavə edib.
No Comment! Be the first one.