İran səmasında ABŞ-a məxsus PUA vuruldu
ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) İran səmasında məhv edilib.
hadiseler.info xəbər verir ki, İran Ordusunun yaydığı məlumata görə, ABŞ-a məxsus 1 ədəd “Lucas” PUA-sı ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonu ərazisində vurulub.
İran ordusu pilotsuz uçuş aparatının ölkənin Hərbi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirildiyini qeyd edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində gərginlik fonunda tərəflər arasında qarşılıqlı hərbi addımlar atılır. Həmin münaqişələr nəticəsində Hörmüz boğazında dəniz ticarəti də ciddi şəkildə çətinləşib.
No Comment! Be the first one.