İranda “Halloween” bayramının qeyd edilməsi qadağan olundu
İranda “Halloween” bayramının keçirilməsinə rəsmi şəkildə qadağa qoyulub.
hadiseler.info xəbər verir ki, bu barədə İranın Mədəni İrs, Turizm və Sənətkarlıq Nazirliyi məlumat yayıb. Nazirlik bayramın ölkə ərazisində, o cümlədən ictimai iaşə obyektlərində və kafelərdə qeyd edilməsinin qadağan olduğunu bəyan edib.
Bildirilib ki, qaydanı pozan və bu cür tədbirlər təşkil edən obyektlərin fəaliyyət lisenziyaları dərhal ləğv ediləcək.
No Comment! Be the first one.