İranda nazir istefa verdi
İranın neft naziri Möhsün Paknejad vəzifəsindən istefa verib.
hadiseler.info xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbətəbai “X” sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Möhsün Paknejadın istefasını qəbul edib. Nazirin səlahiyyətlərini müvəqqəti olaraq Milli İran Neft Şirkətinin rəhbəri Həmid Bord icra edəcək.
No Comment! Be the first one.