İranda şiddətli silahlı qarşıdurma baş verib- VİDEO
İranın İranşəhr şəhərində hərbi qüvvələr ilə silahlı şəxslər arasında şiddətli toqquşmalar baş verib.
hadiseler.info xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata əsasən, şəhərin Qəribabad bölgəsində başlayan silahlı qarşıdurma iki saatdan çoxdur ki, aramsız davam edir.
İnsident zonasında vəziyyətin gərgin olduğu bildirilir. Əraziyə hərbi qüvvələrə məxsus onlarca avtomobil, döyüş tankı və pilotsuz uçuş aparatları (dron) cəlb edilib. Döyüşlər zamanı yüngül və yarımağır silahlardan geniş istifadə olunur.
Hərbi qüvvələr təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə aparan bütün yolları uzaq məsafədən bağlayıb, ərazini tam nəzarətə götürməyə çalışırlar. Hadisənin təfərrüatları, ölənlər və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.