İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
İrlandiyanın cənub-qərbində yerləşən Kerri qraflığının Trali şəhərində miqrantların yerləşdirildiyi mərkəzə hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
hadiseler.info xəbər verir ki, bu barədə yerli media hüquq-mühafizə organlarına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə gələn polis əməkdaşları ağır xəsarətlər almış bir nəfər aşkar ediblər. Bundan az sonra o, vəfat edib.
İkinci yaralı Kerri Universitet Xəstəxanasına çatdırılıb. İlkin qiymətləndirməyə görə, onun xəsarətləri həyati təhlükə yaratmır.
Hücumda əli olmaqda şübhəli bilinən təxminən 40 yaşlı kişi saxlanılıb. Polis baş vermiş hadisənin hallarını araşdırmağa başlayıb.
No Comment! Be the first one.