İspaniyada 268 qeyri-qanuni miqrant dənizdə xilas edilib
İspaniyada dəniz xilasetmə xidməti El-Yerro adası sahillərində 268 qeyri-qanuni miqrantı, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək sahili çıxarıb.
hadiseler.info xəbər verir ki, miqrantların əksəriyyəti Qvineya-Bisaunun Varela milli parkından yola düşən kanoedə dənizdə 11 gün keçirib. Saxlanılanlar arasında Seneqal, Qambiya, Mali, Qvineya-Bisau və Kot-d’İvuar vətəndaşları var.
Xilasetmə əməliyyatları “Salvamar Diphda” və “Guardamar Polimnia” gəmiləri tərəfindən La-Restinqa ərazisində həyata keçirilib. Hazırda adaya daha iki miqrant qrupunun istiqamət aldığı bildirilir.
No Comment! Be the first one.