İspaniyada çaylar qara rəngə boyandı- VİDEO
İspaniyanın Avila əyalətində güclü leysan yağışları iki aydan çox davam edən meşə yanğınının külünü su hövzələrinə daşıyıb. Nəticədə ərazidəki çaylar və dərələr qara rəngə bürünüb.
hadiseler.info “ABC” qəzetinə istinadən xəbər verir ki, yağışlar oktyabrın 3-də nəzarətə götürülən Burqoxondo yanğınının söndürülməsinə kömək etsə də, ciddi ekoloji fəsadlar yaradıb. Burqoxondodakı bu yanğın 37 800 hektardan çox ərazini əhatə edərək Kastiliya və Leonda qeydə alınan ən böyük meşə yanğını kimi tarixə düşüb.
Bölgədə içməli su böhranının qarşısını almaq məqsədilə Avilanın beş bələdiyyəsinə su tədarükünə başlanılıb. Kastiliya və Leon Mülki Müdafiə Agentliyinin məlumatına görə, leysanlar səbəbindən Kasavyexa, Mombeltran və El-Barrako bələdiyyələrində çayların daşması və digər fəsadlar qeydə alınmaqdadır.
No Comment! Be the first one.