İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
İstanbul Fond Birjasının (“Borsa İstanbul”) baş direktoru Qorxmaz Enes Ərqun birjada aparılan manipulyasiya araşdırması çərçivəsində saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, o, “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq” və “rüşvət almaq” ittihamları ilə üzləşib.
Hazırda məsələ ilə bağlı istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.