İstanbulda bina çöküb- VİDEO
Türkiyənin İstanbul şəhərində fövqəladə hadisə baş verib.
hadiseler.info xəbər verir ki, şəhərin Bahçelievler rayonunda yeni binanın bünövrəsi qazılarkən yaxınlıqdakı qonşu bina qəflətən çöküb.
İlkin məlumata görə, qəza nəticəsində dağıntılar altında 2 nəfərin qaldığı ehtimal olunur. Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları cəlb edilib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
No Comment! Be the first one.