İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatdı
İstanbulun Maltəpə rayonunda yaşayış binasının çökməsi ilə bağlı axtarış-xilasetmə işləri yekunlaşıb.
hadiseler.info xəbər verir ki, Cevizli məhəlləsində baş verən hadisə nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb. TRT Haber telekanalının məlumatına görə, hadisə yerində axtarış-xilasetmə tədbirləri rəsmən dayandırılıb.
Qeyd edək ki, faciə oktyabrın 8-i saat 05:40 radələrində Doğu küçəsində qeydə alınıb. Qəza nəticəsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Daha əvvəl dağıntılar altında qalmış 14 nəfərdən 10-nun xilas edildiyi, 2 nəfərin isə həyatını itirdiyi bildirilirdi.
No Comment! Be the first one.