İstanbulda gecə klubunda silahlı atışma: 1-i polis olmaqla 2 nəfər ölüb
İstanbulun Küçükçekmece rayonunda yerləşən gecə klubunda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
hadiseler.info “Habertürk”ə (DHA) istinadən xəbər verir ki, hadisə Atatürk məhəlləsi, İkitelli küçəsində yerləşən əyləncə məkanında gecə saat 03:40 radələrində baş verib.
Məkana gələn naməlum şəxs səbəbi məlum olmayan şəkildə ətrafa atəş açmağa başlayıb. Həmin vaxt istirahətdə olan polis əməkdaşı şübhəli şəxsə atəş açaraq qarşılıq verib.
Atışma nəticəsində polis əməkdaşı və şübhəli şəxs ağır yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları hər iki şəxsin öldüyünü müəyyənləşdirib. Hadisə zamanı daha 2 nəfərin yaralandığı bildirilib.
Polis hadisə yerində araşdırma aparıb, təhlükəsizlik kameralarının görüntülərini incələyib və işçilərin ifadələrini alıb. Meyitlər məhkəmə-tibb ekspertizasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
No Comment! Be the first one.