İstanbulda seldə itkin düşən şəxsin meyiti tapıldı
İstanbulda baş verən şiddətli sel və leysan yağışları nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb.
hadiseler.info xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə güclü sel sularına düşərək itkin düşən Murat Babajanovun cəsədi dəniz polisinin və xilasedicilərin axtarışları nəticəsində Haliç sahilində aşkarlanıb.
Fövqəladə hallar və xilasetmə briqadaları tərəfindən sel nəticəsində itkin düşdüyü bildirilən daha 4 nəfərin axtarış-xilasetmə tədbirləri aramsız olaraq davam etdirilir.
Hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlər təbii fəlakət bölgəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər.
No Comment! Be the first one.