İtkin düşən müəllimin cansız bədəni göldən tapıldı
Yalovada dərs ilinin ilk günü məktəbdən çıxdıqdan sonra xəbər alınamayan 43 yaşlı riyaziyyat müəlliminin cansız bədəni tapılıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, Yalova Abdülhamid Han Ortaokulunda çalışan İlhan Algınkaplan məktəbdən çıxdıqdan sonra anasına gəzməyə gedəcəyini bildirib.
Atasına məxsus 77 DH 455 dövlət qeydiyyat nişanlı avtomobillə İznik gölü sahilinə gələn müəllimdən daha sonra xəbər almaq mümkün olmayıb. Yaxınlarının müraciətindən sonra AFAD və polis dalğıcları tərəfindən termal dronlar və patrul qayıqları ilə axtarışlar başlayıb.
Müəllimin cansız bədəni sahildən 50 metr aralıda polis dalğıcları tərəfindən aşkarlanaraq sudan çıxarılıb və müayinə olunması üçün Orhangazi Dövlət Xəstəxanasının morquna aparılıb.

No Comment! Be the first one.