Jurnalist Elnur Şükürov həbs edildi
Polis tərəfindən saxlanılan tanınmış jurnalist Elnur Şükürov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi müvafiq qərar qəbul edib.
Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məlumata görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə ittihamlar irəli sürülüb.
No Comment! Be the first one.