Kəlbəcərdə mina partladı
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda ağır mina partlayışı hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə rəsmi məlumat yayıb.
Hadisə Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində qeydə alınıb. Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Kamran Şükür oğlu Süleymanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayıb. Nəticədə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda geniş araşdırma aparılır.
No Comment! Be the first one.