Kəlbəcərdə minaya düşən sakinin ayağı amputasiya olundu
Ötən gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda baş verən mina partlayışı zamanı ağır xəsarət alan sakinin son səhhəti ilə bağlı rəsmi məlumat yayılıb.
hadiseler.info Qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB-dən daxil olan sorğuya cavab olaraq bildirilib ki, Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisindəki mina partlayışı nəticəsində yaralanan 1953-cü il təvəllüdlü mülki şəxs gecə saat 03:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya edilib.
Tibbi müayinələr zamanı pasiyentə sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin olunub və təcili olaraq zəruri tibbi xidmətlər göstərilib.
TƏBİB-dən verilən son məlumata görə, hazırda həmin şəxsin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
No Comment! Be the first one.