Kahramanmaraşda quyuya düşən 2 işçi həlak oldu
Türkiyənin Kahramanmaraş vilayətində bədbəxt hadisə nəticəsində iki nəfər hayatını itirib.
hadiseler.info İHA-ya istinadən xəbər verir ki, hadisə Dulkadiroğlu ilçəsinin Kuzucak məhəlləsində qeydə alınıb. Kənd ərazisində kuyu qazma işləri aparan Gurbet Esenceli və Mehmet Tekin adlı işçilər quyuya düşüblər.
Ətrafdakıların məlumatı üzərində əraziyə dərhal Kahramanmaraş AFAD, səhiyyə, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub.
Xilasedicilərin birgə həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində quyudan çıxarılan hər iki şəxsin artıq vəfat etdiyi müəyyən edilib. İşçilərin cəsədləri otopsiya olunmaq üçün morqa aparılıb.
Hadisə ilə bağlı jandarma tərəfindən genişmiqyaslı araşdırma başladılıb.
No Comment! Be the first one.