Kambocanın Baş naziri Azərbaycana gəlib
Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Kambocanın Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.



No Comment! Be the first one.