Kamçatkada sel yolu yudu: Azərbaycan vətəndaşı vulkan ərazisində çarəsiz qaldı
Rusiyanın Kamçatka yarımadasındakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunun 30 kilometrlik hissəsini sel yuyub.
hadiseler.info “Kamçatka-İnform”a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən “Kleşnya” turist dayanacağının yaxınlığında 100-ə yaxın insan, o cümlədən Azərbaycan vətəndaşı — tanınmış aparıcı Tatyana Dolivets çarəsiz durumda qalıb. Sosial şəbəkə vasitəsilə yardım istəyən T.Dolivets bildirib ki, qrupda Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var və ərazidəki insanların cəmi 1 günlük ərzaq ehtiyatı qalıb.
Hazırda Rusiya FHN-in Kamçatka üzrə Baş İdarəsinin əməliyyat qrupu fəlakət bölgəsindədir və vəziyyəti qiymətləndirmək üçün pilotsuz aviasiya sistemlərindən (PUA) istifadə edir. Yolun bərpası və turistlərin təxliyyəsi yönündə xilasetmə tədbirləri davam etdirilir.

No Comment! Be the first one.